SEVİNC, GÜLÜŞ, DÜŞÜNCƏ, HAMININ ÜRƏYİNCƏ...

 

        25 may  2019-cui il tarixində məktəbin 1 "b" sinif şagirdləri sinif müəllimləri Gülbəniz Quliyevanın rəhbərliyi ilə "SEVİNC, GÜLÜŞ, DÜŞÜNCƏ, HAMININ ÜRƏYİNCƏ... " adlı sadə, lakin geniş anlamda möhtəşəm  bayram tədbirlərini qeyd etdilər.Tədbir zamanı birincilər bu bir il ərzində öyrəndikləri biliklərini nümayiş etdirməklə yanaşı, həm də hər birimizin nisgili olan doğma Qarabağımızla bağlı mövzularla da anaları ilə birlikdə çıxışlar etdilər.

     Bəli, hər bir təhsil işçisinin borcu, Azərbaycanın gələcəyi olan uşaqlara kiçik yaşlarından Vətənə, torpağa, doğma ana dilimizə məhəbbət, düşmənə nifrət hissi aşılamaqdır.Məktəb rəhbərliyi adından əziz birinciləri, onların valideynlərini təbrik edir, uğurlar arzulayır, birincilərin ilk müəllimi Gülbəniz Quliyevaya  uşaqlara kiçik yaşlarından Vətənə, torpağa, doğma ana dilimizə məhəbbət hissi aşıladığı,  gözəl tədbir hazırladığı üçün  təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi