Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya

       “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planının icrası ilə əlaqədar olaraq 11 may 2019-cu il tarixində məktəbin VI “A” sinif şagirdləri sinif rəhbəri Əsli İsgəndərovanın rəhbərliyi, bir-neçə valideynin iştirakı ilə Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda ekskursiyada olublar.Ekskursiyanın məqsədi qədim mədəni irsimizin nümunəsi olan Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ərazisində yerləşən milli sərvətlərimizlə daha yaxından tanış olmaq idi.Açıq səma altında Qobustan qayaüstü təsvirləri, mədəni irsimizin öyrənilməsi və qədim maddi mədəniyyət nümunələri ilə yaxından tanışlıq məktəblilərdə xoş təəssüratlar yaratmışdır.Ekskursiyadan xoş əhvali-ruhiyyə ilə qayıtdıqdan sonra uşaqlar asudə vaxtlarının səmərəli təşkili məqsədilə "Nərimanov parkı" nda istirahət ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi