5 c sinfində Azərbaycan dili fənnindən açıq dərs keçirilib.

Məktəbimizdə "Ana dili və ədəbiyyatı" fənn aylığı davam etdirilir.Bu məqsədlə ardıcıl olararaq məktəbin ana dili və ədəbiyyatı müəllimlərinin təşkilatçılığı ilə müxtəlif adda tədbirlər keçirilir, açıq dərslər təşkil edilir.Bu da valideynlər tərəfindən təqdirə layiq sayılır.Növbəti açıq dərs məktəbin rus bölməsinin 5 c sinfində baharın müjdəçisi olan "Bənövşə" mövzusunda oldu.Açıq dərsi hazırladığı fərqli tədbirlərlə hamı tərəfindən bəyənilən məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəmilə Kələntərova təqdim etdi.Açıq dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Dilarə Quliyeva, tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova və müəllim heyəti iştirak etdi.Açıq dərs zamanı şagirdlər rus bölməsində təhsil almalarına baxmayaraq çox aktiv idilər və bu da onu göstəriri ki, müəllim tərəfindən uşaqlara Azərbaycan dilinə qarşı sevgi aşılanır, onlar yaşadıqları ölkənin Dövlət dilini öyrənməyə çalışırlar və Azərbaycan dilini sevirlər.Çünki Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsinə əsasən "Azərbaycan Respublikasının Dövlət Dili Azərbyacan Dilidir."Biz də məktəb kollektivi adından Cəmilə müəlliməyə və 5 c sinif şagirdlərinin hər birinə təşəkkür edir, uğurlarının davamını arzulayırıq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi