Məntiq Olimpiadasının ilk mərhələsi keçirilib
Mayın 4-də Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının ilk turu-məktəbdaxili mərhələsi keçirilib.
Olimpiadada ümumi təhsil məktəblərinin V-VI sinif şagirdləri iştirak ediblər.
Məktəbdaxili mərhələdə şagirdlər 1 saat yarım vaxt ərzində bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualını cavablandırıblar. İlk turda uğur əldə edən məktəblilər olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar.