"UCAL QADIN, UCAL ANA!"

Beynəlxalq Qadınlar Günü — Hər il 8 mart tarixində qeyd olunan Beynəlxalq İşçi Qadınlar Günü olaraq da tanınan qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümünü ənənəvi hala gətirmiş bayram. 8 Mart postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya Respublikası, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyri-iş günü sayılır. BMT də 8 Martı Beynəlxalq Qadınlar Günü kimi tanıyır.Dünyanın hər yrində olduğu kimi bizim məktəbdə də 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd olunur.Çünki məktəbimizdə çalışan 86 işçidən 79-u qadındır.Məktəbimizin qadınlarının simasında bütün dünya qadınlarını təbrik etmək məqsədilə 07 mart 2016-cı il tarixdə məktəbin rus bölməsinin rus dili və ədəbiyyatı metodbirləşməsinin sədri Anna Pavlovnanın , Azərbaycan dili və ədəbiyyatı müəllimi Rəna Mustafayevanın və musiqi müəllimi Şəhriyar Zeynalovun birgə təşkilatçılığı ilə "Ucal qadın, ucal ana!" adlı möhtəşəm bayram tədbiri keçirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi