5 b sinfində Azərbaycan dili fənnindən açıq dərs keçirildi.

"Ana dili və ədəbiyyatı" aylığı çərçivəsində növbəti açıq dərsi məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, gənc kadr olmasına baxmayaraq məktəb kollektivi arasında öz savad və qabiliyyəti ilə hörmət qazanan Zeynəb Seyidova 07 mart 2016-cı il tarixdə 5 b sinfində təqdim etdi.Açıq dərsin mövzusu "İsmə aid biliklərin ümumiləşdirilməsi" idi. Açıq dərs zamanı Ümumilər, Xüsusilər, Mücərrədlər, Konkretlər adlandırılmaqla uşaqlar 4 qrupa bölündülər.Müəllim fəal təlimin metod və üsullarından istifadə etməklə qarşısına qoyduğu məqsədə nail oldu.Dərs zamanı uşaqlar çox aktiv idilər.Açıq dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Dilarə Quliyeva , tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova , Azərbaycan dili və ədəbiyyatı metodbirləşməsinin sədri Mehriban Dünyamalıyeva və müəllim heyəti iştirak etdi.Açıq dərsdə iştirak edən müəllimlər Zeynəb müəlliməyə gələcək işlərində müvəffəqiyyətlər arzulayaraq, ona lazimi tövsiyələrini verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi