“Sim-Sim” sirli şounun təmənnasız seansı keçirildi

04 mart 2016-cı il tarixdə Bakı şəhəri, Pirallahı rayonu,186 №-li tam orta məktəbin akt zalında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Rusiya Federasiyasının əməkdar artisti Köçəri Rüstəmovun rəhbərliyi ilə “Sim-Sim” sirli şounun təmənnasız seansı keçirildi.Seansda məktəbin əlaçı şagirdləri, yalnız 1 fəndən 4 qiymət alan şagirdlər və Qarabağ müharibəsi əlillərinin və veteranlarının uşaqları iştirak etdilər.Tədbiri giriş sözü ilə açıq elan edən məktəbin direktoru Arif Xankişiyev qonaqları və tədbir iştirakçılarını salamlayaraq belə bir şounu məktəbdə təşkil etdikləri üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Köçəri Rüstəmova məktəb kollektivi və valideynlər adından minnətdarlığını bildirdi.Seans boyu möhtəşəm şou nümayiş etdirildi, bu da şagirdlər tərəfindən maraqla qarşılandı.Bugünkü əyləncə şagirdlərin hafizəsindən uzun müddət silinməyəcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi