Sözün hikməti, sözün qüdrəti

“Söz dərman kimidir, azı xeyirli, çoxu zərərlidir” (Hz. Əli).“Söz oynatmağı öyrənmək, qılınc oynatmağı öyrənməkdən daha çətindir” (Əhməd İbşihi).Yeni nəsil yeni təfəkkür deməkdir. Bu təfəkkürü formalaşdırmaq isə cəmiyyətə həvalə olunub. Cəmiyyət necədirsə, onun gəncliyi də o cür olur. Amma dünyanı bürüyən informasiya başqa bir gənclik formalaşdırır. Ona görə bu gün öz cəmiyyətinə, gəncliyinə sahib çıxıb, onu bu informasiya xaosundan qoruya bilsən, udmuş durumda olacaqsan. Yox, cəmiyyəti başqa millətlərin, dövlətlərin ümidinə buraxsan, onda vay halına.Uşaqlarda mütaliə vərdişini inkişaf etdirmək üçün məktəbimizdə mütəmadi olaraq tədbirlər təşkil olunur.03 mart 2016-cı il tarixdə məktəbin akt zalında 5 a sinfinin sinif rəhbəri Gülçöhrə Məmmədovanın və musiqi müəllimi Şəhriyar Zeynalovun birgə təşkilatçılığı ilə " Sözün hikməti, sözün qüdrəti" mövzusunda 5 a sinif şagirdlərinin iştirakı ilə tədbir keçirilib.Tədbirin keçirilməsində məqsəd uşaqların nitq qabiliyyətini inkişaf etdirmək idi. Tədbirdə məktəb rəhbərliyi, müəllim heyəti , 5 b sinif şagirdləri və valideynlər iştirak ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi