7 c sinfində Rus dili fənnindən açıq dərs keçirildi.

"Ana dili və ədəbiyyatı aylığı" çərçivəsində növbəti açəq dərs məktəbin rus bölməsinin 7-ci sinfində, məktəbin rus dili və ədəbiyyatı müəllimi Qalina Samoyleva tərəfindən təqdim edildi.Açıq dərsin mövzusu "Zərflik bəhsi üzrə təkrar" idi.Açıq dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Dilarə Quliyeva, tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova, Rus dili və ədəbiyyatı üzrə metodbirləşmənin sədri Anna Pavlovna, ibtidai sinif müəllimi Esmira Məhərrəmova və fizika müəllimi Səriyyə Bayramova iştirak etdi.Qalina müəllimə fəal dərsin pillələrindən uğurla istifadə etdi, dərsdə qarşısına qoyduğu məqsədə nail oldu.Dərsdə müəllim və şagirdlər Promethan lövhənin imkanlarından geniş istifadə etdilər, bu da uşaqların və müəllimin İKT bacarığının nümayiş etdirirdi.Dərs zamanı əyləncəli oyun və səhnəcik də nümayiş etdirildi.Açıq dərsin təhlili zamanı dərsdə iştirak edən rəhbərlik nümayəndələri və müəllim heyəti Qalina müəlliməyə keçrdiyi açıq dərslə bağlı irad və təkliflərini bildirərək, ona gələcək işlərində müvəffəqiyyət arzuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi