Heydər Əliyevin irsini öyrənirik!

      Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə 11-ci siniflərdə təhsil alan şagirdlərə Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədilə açıq dərslər keçirilir. Növbəti açıq dərs 18 aprel  2019-cu il  il tarixində 243 nömrəli tam orta məktəbin akt zalında 243 və 186 nömrəli tam orta məktəblərin 11-ci sinif şagirdləri üçün təşkil edildi. Açıq dərsdə 186 nömrəli tam orta  məktəbin direktoru Şakir Mikayılov , tarix müəllimi Yaqub Hüseynov, müəllimlər Aygün Babayeva ,Sevil Abdullayeva  və 11-ci  sinif şagirdləri də iştirak etdilər.  “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur”, “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında məruzə edən tarix məktəbin müəllimi Yaqub Hüseynov Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, zəngin irsi ilə bağlı şagirdləri ətraflı məlumatlandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi