Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi

  21 aprel 2019-cu il tarixində 168 nömrəli tam orta  məktəbdə  Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onların elmi potensiallarının inkişaf etdirilməsidir.

    “Öyrənək, əylənək və həll edək” şüarı ilə keçirilən müsabiqə müxtəlif  yaş səviyyələrində riyazi biliyə malik olan 2-10-cu sinif şagirdlərini əhatə edir.      Qaydalara əsasən tapşırıqlar 5 fərqli kateqoriya üzrə - 2, 3-4, 5-6, 7-8, 9-10-cu sinif şagirdləri üçün qapalı test formatında və 3 səviyyədə (asan, orta, çətin) olmaqla tərtib edilib.

 Müsabiqədə məktəbin 124 şagirdi iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi