İNGİLİS DİLİ FƏNNİ ÜZRƏ FƏNN GECƏSİ KEÇİRİLDİ

Məktəbdə “ Ue learn English” adlı tədbir keçirildi.Tədbir məktəbin İngilis dili müəllimləri Məquzər Quliyeva, Nailə Çumarina , Sevda Məmmədova və məktəbin rus və Azərbaycan bölməsinin 1-9-cu sinif şagirdlərinin təşkilatçılığı və iştirakı ilə baş tutdu.Tədbirdə həm də məktəbin direktoru Arif Xankişiyev, təlim-tərbiyə işləri üzrə direktor müavin Həcər Ramazanova, fənn müəllimləri, valideynlər və digər şagirdlər iştirak etdilər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himnin İngilis dilində ifası ilə başlandı.Sonra VIII a sinif şagirdlərinin ifasında S.Vurğunun “Azərbaycan” şeiri ingilis dilində səsləndi.VII b sinif şagirdi Alyarova Aydan musiqimizin qızıl fondu sayılan “Sarı gəlin “ mahnısını İngilis dilində ifa etdi.Tədbirdə məktəbin rus bölməsinin şagirdlərinin ifasında İngilis dilində “Pişik və quş”, “Turp”, “Daxma”, “Sindirella” nağıllarında səhnəciklər nümayiş etdirildi.Ümumilikdə tədbirdə rus və Azərbaycan bölməsinin şagirdləri ingilis dilində bir-birindən maraqlı şeirdlər, mahnılar ifa etdilər, hətta tədbir zamanı məktəbin İngilis dili müəllim Məquzər Quliyeva da İngilis dilində mahnı ifa etdi və bu da tədbir iştirakçıları bəyənildi.Bu tədbirdə şagirdlərin əməyini xüsusi qeyd etmək lazımdır.Həm rus bilməsinin , həm də Azərbaycan bölməsinin şagirdləri həmrəylik nümayiş etdirərək möhtəşəm bir tədbir ərsəyə gətirmişlər.Tədbirin hazırlanmasında zəhməti keçən hər kəsə müəllimlərə, şagirdlərə, xüsusəndə , valideynlərə və məktəbin rus bölməsinin ibtidai sinif müəllimi Esmira Məhərrəmovaya minnətdarlığımızı bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi