“Ailə Akademiyası” layihəsi çərçivəsində tədbir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığına əsasən “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi təhsil müəssisələrində “Ailə Akademiyası” layihəsini keçirməyi planlaşdırır. Layihənin əsas məqsədi cəmiyyətdə ailə dəyərlərinin qorunması, gənclərin gələcək ailə həyatına hazırlanması, valideyn-övlad münasibətlərinin tənzimlənməsi istiqamətində maarifləndirmə işlərini aparmaqdan ibarətdir.“Ailə Akademiyası” layihəsi çərçivəsində növbəti tədbir 01 mart 2016-cı il tarixdə Bakı şəhəri, 186 №-li tam orta məktəbin akt zalında keçirilib.Tədbirdə “Aydınlığa doğru” İctimai Birliyinin əməkdaşları, məktəbin tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova, Uşaq Birliyi Rəhbəri Aynur Rzayeva , müəllimlər və VIII, IX, X sinif şagirdləri iştirak edib.Tədbirdə “Aydınlığa doğru” İctimai Birliyinin əməkdaşları “Ailə Akademiyası” layihəsi çərçivəsində keçirilən “ Mənim gözəl ailəm” slayd-şou müsabiqəsinin şərtlərini müəllimlərin və şagirdlərin nəzərinə çatdırıb. Təqdimatın şərtlərinə əsasən müsabiqə VIII, IX, X sinif şagirdlərini əhatə edəcək.Təqdimat 3 dəqiqədən artıq olmamalıdır.( slayd-şou video formatında yaddaşa verilməlidir.)Təqdimat şagirdin hazırkı və gələcəkdə quracağı gözəl ailə haqqında ola bilər.Hazırlanmış slayd-şoular məktəbin münsiflər heyəti tərəfindən qiymətləndirilir və ən yaxşı slayd-şou müsabiqə üçün təqdim edilir.Seçilmiş slayd – şoular məktəblərdə müsabiqə elan olunduqdan 10 gün ərzində münsiflər heyəti tərəfindən qiymətləndilimək üçün müsabiqənin təşkilat komitəsinə təqdim olunmalıdır.Qaliblər üçün aşağıdakı mükafatlar nəzərdə tutulur: I yer Ailəvi Türkiyə səyahəti, II yer – Ailəvi uzunmüddətli Azərbaycan səyahəti, III yer- Ailəvi qısamüddətli Azərbaycan səyahəti.Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı , videoçarx nümayiş etdirildi.Biz də 186 №-li tam orta məktəbin rəhbərliyi və kollektivi adından Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və “Aydınlığa doğru” İctimai Birliyinə məktəblərdə Azərbaycanda ta qədimdən bu günə qədər müqəddəs sayılan ailə dəyərlərini özündə əks etdirən tədbir və müsabiqə təşkil etdikləri üçün öz təşəkkürümüzü bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi