IV b sinif şagirdlərinin məktəb kitabxanasından oxuduqları kitabların müzakirəsi ilə bağlı keçirdikləri açıq sinif saatı

“Ümumtəhsil məktəb şagirdlərinin mütaliə qabiliyyətinin inkişaf etdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması “ ilə bağlı Azərbaycan Respublikası Təhsil Naziri cənab Mikayıl Cabbarovun əmrinə əsasən məktəbdə işçi qrupu yaradılmış , tədbirlər planı hazırlanmış,məktəbin I-XI sinifləri üzrə ibtidai sinif müəllimləri və ədəbiyyat müəllimləri tərəfindən bədii ədəbiyyat siyahısı hazırlanmış ,görülən işlər daim nəzarətdə saxlanılmışdır. Mart ayına qədər görülən işlərin nəticəsi və görüləcək işlərlə bağlı 04 mart 2015-ci iltarixdə keçirilən hesabat iclasında aydın oldu ki, şagirdlərin mütaliəyə qarşı marağı artmış , məktəbdə kitbxana ilə əlaqədə böyük canlanma olduğu müşahidə edilmiş,bir-birindən rəngarəng tədbirlər və seminarlar , Pirallahı rayon Ağsaqqallar Şurasının üzvləri və rayon ziyalıları ilə görüş keçirilmişdir. Mütaliənin inkişafı ilə bağlı keçirilən tədbirlərdən biri də 05 mart 2015-ci il tarixində məktəb kitabxanasında IV b sinif şagirdlərinin məktəb kitabxanasından oxuduqları kitabların müzakirəsi ilə bağlı keçirdikləri açıq sinif saatı olmuşdur.Müzakirələrdən və çıxışlardan aydın oldu ki, şagirdlər nəinki bədii ədəbiyyat oxumuş, hətta uşaq ensklopedyasından biliklər, məlumatlar əldə etmişlər.Onlar öyrəndilkləri məlumatları öz sinif yoldaşları ilə paylaşmışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi