Azərbaycanın qəhrəman oğul və qızları

13 aprel 2019-cu il tarixində məktəbin ingilis dili müəllimi Gülşən Cəbrayılova və tarix müəllimi Anjelika Surxayevanın təşkilatçılığı, Azərbaycan və rus bölmələrinin 8-11-ci sinif şagirdlərinin iştirakı ilə "Azərbaycanın qəhrəman oğul və qızları" , "Tarixdə türk qadınları" mövzularında möhtəşəm tədbir keçirildi.Tədbirdə Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşı Tofiq Sadıqov, Yunis Emre İnstitutunun müəllimi İbrahim Yıldırım,Samux şəhər 2 nömrəli tam orta məktəbin direktoru Əminə Cəfərova, Saatlı rayonu, Orta Muğan kənd məktəbinin müəllimi Gülnar Muxtarova, Bakı şəhəri , 111 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Melihə Əsədova, 283 nömrəli məktəbin direktor müavini Svetlana Kərimova, Azərbaycan dili və ədəbiyyatı müəllimi Ruhəngiz Cəbiyeva, kimya müəllimi Vüsalə Səfərli, rus dili müəllimi Hökümə Fərhadova, 201 nömrəli məktəbin fizika müəllimi Lalə Hüseynova , 143 nömrəli məktəbin direktor müavini Südabə Abbasova, 53 nömrəli məktəbin ibtidai sinif müəllimi Zəkiyyə Mirzəyeva, Pirallahı rayon ümumi təhsil məktəblərinin direktor və direktor müavinləri, məktəbin pedaqoji heyəti iştirak ediblər.
Məktəb kollektivi adından belə gözəl tədbir, görüş təşkil etdiklərinə görə ingilis dili müəllimi Gülşən Cəbrayılovaya, tarix müəllimi Anjelika Surxayevaya, gözəl kompazisiya nümayiş etdiklərinə görə şagirdlərə, dəvətimizi qəbul edib gəldikləri üçün bütün qonaqlara təşəkkürümüzü bildirir, çox sağ olun deyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi