Şəhid Sarvan Mehralıyevin xatirəsinə mini futbol turniri keçirilib

        10-12 aprel 2019-cu il tarixlərində Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin  Pirallahı rayon  bölməsinin təşkilatçılığı ilə “Şəhidlər ölməz, Vətən bölünməz” devizi altında mini futbol turniri keçirilib. Lələtəpənin ilk şəhidi, torpaqlarımızın bütövlüyü uğrunda ən müqəddəs zirvəyə - şəhidlik zirvəsinə ucalan Sarvan Mehralıyevin xatirəsinə həsr olunan yarışda Pirallahı rayonun 186, 168, 243, 231 , 235 nömrəli tam orta məktəblərinin və Xəzər rayonu 120 nömrəli tam orta məktəbin komandası iştirak ediblər. 186 nömrəli tam orta məktəbin həyətində qurulmuş süni örtüklü idman meydançasında keçirilən yarışların nəticələrinə görə finalda 235 və 186 nömrəli məktəblərin komandaları qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən görüşdə  235 nömrəli tam orta məktəbin komandası qalib gəlib. Qalib komandalar kubok və fəxri fərmanla təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi