"GƏNC FİZİKLƏRİN YARADICILIQ MÜSABİQƏSİ"

       12 aprel 2019-cu il tarixində  "Gənc fiziklərin yaradıcılıq müsabiqəsi" nin rayon mərhələsi keçirilib.Müsabiqə 4 Nömrəli Uşaq və Gənclərin İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib.Müsabiqənin keçirilməsinin əsas məqsədi şagirdlərin fizika elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri-təcrübi biliklərin təkmilləşdirilməsi, onların praktik və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlarının üzə çıxarılmasından ibarətdir.

         Müsabiqədə 168, 186, 231, 235 və 243 nömrəli tam orta məktəbin komandaları iştirak edib. Müsabiqənin şərtlərinə uyğun olaraq hər məktəbdən 1 komanda, hər komandada 3 şagird ( 1 nəfər 9-cu sinif, 1 nəfər 10-cu sinif, 1 nəfər 11-ci sinif) iştirak edib. Komandalara 2 (iki) akademik saat ərzində 30 sualdan ibarət testi və 2 məsələni həll etməyə vaxt verilib. Test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1, məsələ isə 5 balla ekspert qrupu tərəfindən qiymətləndiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi