Rayonumuzda 10 milyonuncu vətəndaşın dünyaya gəlməsi münasibətilə tədbir keçirildi

      Respublikamızın 10 milyonuncu vətəndaşın dünyaya gəlməsi münasibətilə Pirallahı Rayon İcra Hakimiyyətinin və Yap Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirildi. Pirallahı qəsəbəsində yerləşən “Uşaq Park”ında keçirilən tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli iştirakçıları təbrik edərək bildirdi ki, son illərdə Azərbaycan əhalisinin sayı sürətlə artır. Bu, Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir.

      Sonra tədbir tanınmış incəsənət ustalarının ifasında konsert proqramı və məktəblilər tərəfindən hazırlanmış “Fleşmob” ilə davam etdi.Tədbirdə məktəbin müəllim və şagird heyəti də fəal iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi