"Şanlı Azərbaycan ordusu"

05  aprel 2019-cu il  il tarixində 11 il təhsil aldığı 186 №-li tam orta məktəbdə Aprel şəhidi Sarvan Natiq oğlu Mehralıyevin və cəbhədə qəhrəmancasına şəhid olmuş şəhidlərimizin əziz xatirələrini anmaq məqsədilə tədbir  keçirilib. Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin nümayəndələri, məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər ştirak ediblər.

   Tədbir Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi  ilə açıq elan edilib.Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilərək Aprel şəhidlərinə həsr edilmiş videoçarxla davam etdirilib.

     Tədbirdə çıxış edənlər Sarvanın keçdiyi qısa, lakin dərin mənalı, bir çox nəsillərə örnək ola biləcək həyat yolundan geniş söhbət açmışdılar, Allah, vətən və millət yolunda canından keçən şəhidlərin ən yüksək məqama, şərəfli bir zirvəyə yüksəldiklərini vurğulamışdılar.

     Qəhrəman əsgərlərimiz hər zaman gənclər üçün örnək olub.Gənclərimiz isə qəhrəman əsgərlərin getdiyi yolu təkrar etmək və bəlkə də, daha böyük hünər göstərmək arzusu ilə yaşayıblar.2016-cı il aprelin 1-dən 2-nə keçən gecə düşmənlə təmas xəttində baş verən “dördgünlük müharibə” göstərdi ki, Azərbaycan ordusu qüdrətli və yenilməzdir.

     

       Sonda məktəblilər Azərbaycana, Qarabağa, əziz şəhidlərimizə həsr edilmiş mübarizə əzmli şeirlər, mahnılar söylədilər. 9 "A" sinif şagirdi Nuranə İmaməliyeva məktəbin 2014-cü il məzunu, şəhid Sarvan Mehralıyevanın xatirəsinə həsr etdiyi videotəqdimatı nümayiş etdirdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi