Şagirdlərin növbəti uğurları

    "Sağlam həyat,  sağlam idmanın nəticəsidir".Bu , idman sahəsində çalışan həkimlərin araşdırmalar apardıqdan sonra özləri üçün seçdikləri devizdir.Biz də bu devizi əsas tutaraq şagirdlərdə idmana maraq hissi aşılayırıq.Məktəbin şagirdləri idmanın müxtəlif sahələri üzrə məşğul olur, uğurla qazanırlar.Sevindirici haldır ki, son vaxtlar qızlar da idmana maraq göstərir, idmanın müxtəlif növləri üzrə keçirilən yarışlarda iştirak edirlər.

     Azərbaycan Cüdo Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə kiçik yaşlı cüdoçular arasında Bakı şəhər birinciliyi keçirilib.Bakı şəhər birinciliyində məktəbin şagirdləri də iştirak edərək uğurlu nəticələr qazanıblar.  I " B" sinif şagirdi Salahov İmran, IV "A" sinif şagirdi Vəliyev İsmayıl, VI "A" sinif şagirdi Məlikov Eyvazxan, VI "A" sinif şagirdi Kənan İsmayılzadə I yerə, IV "A" sinif şagirdi Heydərli İlham və  V "A" sinif şagirdi Alıyeva Fidan II yerə layiq görülmüşlər.

  

     

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi