"Susma, səsin duyulsun, Xocalım!"

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün qeyd edilməsi barədə” 15 fevral 2016 – cı il tarixli, 78 № - li əmri ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən Bakı şəhəri, 186 № - li tam orta məktəbdə XX əsrin ən dəhşətli, faciəvi hadisələrindən sayılan Xocalı soyqırımı haqqında gənc nəslin ətraflı məlumatlandırılması, onlarda düşmən qüvvələrə qarşı barışmazlıq hissinin, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularının gücləndirilməsi, həmçinin uşaq və gənclərdə insanlara humanist münasibətin formalaşması, milli - mənəvi dəyərlərə sadiqlik ruhunun aşılanması kimi nəcib və ülvi məqsədə xidmət etmək məqsədilə silsilə tədbirlər keçirilmişdir. Keçirilən tədbirlərin sonu olaraq 26 fevral 2016 – cı il tarixdə məktəbin akt zalında “Susma, səsin duyulsun, Xocalım” mövzusunda anım mərasimi keçirilmişdir. Anım mərasimində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Cəmilə Kələntərovanın rəhbərliyi və təşkilatçılığı ilə məktəbin IX – X sinif şagirdləri Xocalı faciəsini özündə əks etdirən və gələcək nəsildə mübarizə əzmini gücləndirəcək mövzularda şeirlər,mahnılar söylədilər, kompozisiyalar nümayiş etdirdilər.Tədbirin sonunda çıxış edən məktəbin direktoru Arif Xankişiyev Xocalı soyqırımının Azərbaycan xalqına, bütövlükdə türk dünyasına qarşı törədilən ən böyük faciə olduğunu, cənnət məkan Qarabağın gözəlliklərini tədbir iştirakçılarının nəzərinə çatdıraraq bildirdi ki, bu gün şagirdlərimizin çıxışlarından da aydın oldu ki, artıq biz göz yaşlarımızı silmişik və torpaqlarımızın müdafiəsi uğrunda mübarizə aparmağa hazırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi