İlk dərslər əsrin ən dəhşətli faciəsinə, Xocalı faciəsinə həsr edildi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün qeyd edilməsi barədə” 15 fevral 2016 – cı il tarixli, 78 № - li əmri ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən Bakı şəhəri, 186 № - li tam orta məktəbdə XX əsrin ən dəhşətli, faciəvi hadisələrindən sayılan Xocalı soyqırımı haqqında gənc nəslin ətraflı məlumatlandırılması, onlarda düşmən qüvvələrə qarşı barışmazlıq hissinin, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularının gücləndirilməsi, həmçinin uşaq və gənclərdə insanlara humanist münasibətin formalaşması, milli - mənəvi dəyərlərə sadiqlik ruhunun aşılanması kimi nəcib və ülvi məqsədə xidmət etmək məqsədilə silsilə tədbirlər keçirilmişdir.26 fevral 2016-cı il tarixdə məktəbimizdə ilk dərslər əsrin ən dəhşətli faciəsinə, Xocalı faciəsinə həsr edildi.Dərslər zamanı müəllimlər şagirdlərin nəzərinə Xocalı faciəsində baş vermiş hadisələri çatdırmaqla yanaşı,Xocalının qədim yaşayış məskəni olmağı ilə bağlı məlumatları, Xocalının tarixi , tarixi şəxsiyyətləri və Milli Qəhrəmanları haqqında məlumatları da çatdırdılar.Xocalı faciəsini özündə əks etdirən videoçarxlar nümayiş etdirdilər.Uşaqlarla sual-cavab apardılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi