Pirallahı rayonunda Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı anım mərasimi keçirildi

25 fevral 2015-ci il tarixdə “Xocalıya ədalət” başlığı altında 168 №-li tam orta məktəbin akt zalında təşkil olunan ümumrayon tədbirində Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin nümayəndələri, Milli Qəhrəmanlar Bəxtiyar Allahverdiyev və İntiqam Atakişiyev, rayon ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkünlər və şəhid ailələri, RİH Aparatının və Dövlətqaçqınkomun Pirallahı sektorunun məsul əməkdaşları, Pirallahı rayonunda yerləşən idarə və müəssisələrin, rayon ictimaiyyətinin nümayəndələri, Pirallahı və Gürgən qəsəbələrində yerləşən orta məktəblərin müəllimləri və yuxarı sinif şagirdləri iştirak etdilər. Tədbirdən öncə iştirakçılar Xocalı soyqırımına həsr edilən sərgi və foto-stendlə tanış oldular.Sərgidə məktəbimizin şagirdlərinin rəsmləri də nümayiş etdirilmişdir.Bundan əlavə, tədbirdə məktəb rəhbərliyi, müəllim heyəti və yuxarı sinif şagirdlərimiz də iştirak etdilər.Tədbirdə 186 №-li tam orta məktəbin direktor müavini Həcər Ramazanova çıxış etdi, şagirdlərimiz Xocalıya, vətənpərvərliyə həsr olunmuş şeirlər, mahnı söylədilər, kompazisiya nümayiş etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi