"Xocalı harayı"

        Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları ötən əsrin əvvəllərindən başlayıb və bu iddialar soyqırımlarla müşayiət olunub. İstər 1905-1907-ci illərdə, istərsə də 1918-1920-ci illərdə Azərbaycanın əksər bölgələrində - Bakı, Quba, Şamaxı, Lənkəran, İrəvan, Naxçıvan, Cənubi Azərbaycan və digər yerlərdə törədilən soyqırımı aktları buna sübutdur. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri əvvəlki vandalizm aktlarını davam etdirərək keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birlikdə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı törədiblər.

25 fevral 2019-cu il tarixində məktəbin tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanovanın təşkilatçılığı ilə "Xocalı harayı" adlı  anım mərasimi keçirilib.Anım mərasimində Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Pirallahı Rayon Şöbəsinin üzvləri, məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.Şagirdlərin ifasında nümayiş etdirilən kompazisiya mərasim iştirakçıları tərəfindən yüksək dəyərləndirilib .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi