“Məişət zorakılığına qarşı birlikdə mübarizə aparaq!” və “Nizam-intizamlı olaq!”

24 fevral 2016-cı tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə 186 №-li tam orta məktəbdə “Məişət zorakılığına qarşı birlikdə mübarizə aparaq!” və “Nizam-intizamlı olaq!” mövzularında seminar keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Namiq Hüseynov, Seymur Yusibov, Həsən Cəfərzadə, müəllim heyəti və X-XI sinif şagirdləri iştirak etdilər. Seminarı giriş sözü ilə açan məktəbin direktoru Arif Xankişiyev bildirdi ki, Azərbaycanın gələcəyi olan gənclərimizi müxtəlif mövzularda maarifləndirmək, onları pis vərdişlərdən uzaqlaşdırmaq, onlarda vətənə məhəbbət hissi aşılamaq, öz hüquq və qanunlarını bilməyi anlatmaq, məişətdə baş verən zorakılıqlardan uzaq olmağı tövsiyə etmək, şagirdləri nizam-intizamlı olmağa dəvət etmək məqsədilə Rayon İcra Hakimiyyəti tərəfindən məktəblərimizdə mütəmadi olaraq seminarlar və tədbirlər təşkil edilir. Pirallahı RİH-in əməkdaşı, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Namiq Hüseynov tədbirin əhəmiyyəti haqqında və ölkəmizdə məişət zorakılığına qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə danışdı. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunu və onun işləmə mexanizmi barədə geniş məlumat verdi. Adıçəkilən qanunun tətbiqi ilə bağlı rayon üzrə yaradılmış gender zorakılığı və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması monitorinq qrupunun fəaliyyətindən ətraflı söhbət açdı. Sonda tədbir iştirakçılarının mövzuya aid sualları ətraflı cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi