"Valideynin məktəbdə bir günü"

      20 fevral 2019-cu ildə məktəbimizdə "Valideynin məktəbdə bir günü" layihəsi həyata keçirildi.İlk olaraq valideynlərin qeydiyyatı aparıldı, sonra tədbirin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi başladı, “Valideynin məktəbdə bir günü” layihəsinin proqramı valideynlərin diqqətinə çatdırıldı, II hissədə valideynlərin məktəblə tanışlığı baş tutdu, III hissədə valideynlər dərs məşğələlərində iştirak etdilər, IV hissədə valideynlər üçün seminar təşkil edildi, V-bədii hissəsində məktəbin müəllimləri Samirə Umudova və Şəhriyar Zeynalovun təşkilatçılığı ilə "21 Fevral Beynəlxalq Ana Dili Günü" nə həsr edilmiş "Ana dilim, doğma dilim" adlı tədbir keçirildi.Tədbirin sonunda məktəbin direktoru Şakir Mikayılov bugünkü tədbirin həyata keçirilməsində zəhmət olan hər kəsə,xüsusən də, dəvətimizi qəbul edib bu günü bizimlə bərabər olduqları üçün tədbirdə iştirak edən bütün valideynlərə təşəkkürünü və minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi