Maarifləndirici seminar keçirilib

14.02.2019-cu il tarixdə aşağıdakı mövzularda maarifləndirici seminar keçirilmişdir.
1) “Uşaqlar arasında baxımsızlığın və hüquq pozmaların profilaktikası-eləcə də erkən nikah hallarının qarşısının alınması “ ;
2) “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi”;

3) "İnsan alverinə qarşı mübarizə";

Tədbirdə Pirallahı Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik – leytenantı Fəxrəddin Babayev, Pirallahı Rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin baş inspektoru, polis kapitanı Vüqar Dadaşov, Pirallahı Rayon Polis Şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili qrupunun inspektoru, polis mayoru Əlsəmid Xəlilov, məktəb rəhbərliyi, müəllimlər və 8-9-cu sinif şagirdləri iştirak etmişlər.

           Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Şakir Mikayılov qonaqları salamlayaraq belə aktual mövzularla əlaqədar məktəbdə maarifləndirici tədbir təşkil etdiklərinə görə Pirallahı Rayon Polis Şöbəsinin bütün əməlkdaşlarına məktəb kollektivi adından təşəkkürünü bildirdi.

           Birinci mövzu ilə çıxış edən Pirallahı Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik – leytenantı Fəxrəddin Babayev bildirdi ki, ölkəmizdə bu cür mövzulara qarşı mübarizə davam etdirilir. İnsan alveri, gənclər arasında zorakılıq, erkən nikah müasir dövrün ən aktual problemlərindən biridir.Cinsi istismar, məcburi əmək, borca görə köləlik, uşaq əməyinin istismarı, “ev” köləliyi, dilənçilik, insanların silahlı qruplaşmalarda məcburi işlədilməsi, orqan transplantasiyası məqsədilə insan alveri – bütün bunlar eyni dəhşətli cinayətin fərqli növləridir. İnsan alveri bir çox dünya ölkələrində baş verən qlobal hadisədir.İnsan alverinin qurbanları kişi, qadın və həm də uşaqlar ola bilər.İstismara ən çox məruz qalanlar isə gənc qadın və cavan qızlar olur. Ekspertlərin müşahidələrinə əsasən qadınların insan alverinə məruz qalmasına əsas səbəblər – onların təhsil almasına, işə düzəlməsinə və özünə güvənməsinə mane olan savadsızlıq, yoxsulluq,  gender bərabərsizliyi faktorlarıdır.  Siz şagirdlər də çalışmalısınız ki, dərslərinizi yaxşı oxuyasınız, savadlı olasınız. Çünki savadlı, dünyagörüşlü olsanız heç vaxt başqası tərəfindən aldadılmaz, lazım gəldikdə müvafiq tədbir görmə qabiliyyətinə malik olarsınız. Ona görə də pis vərdişlərdən, insan alverinin fəsadlarından uzaq olmaq üçün vaxtınızı ancaq oxumaqla, idmanın və incəsənətin müxtəlif növləri ilə məşğul olmaqla keçirtməlisiniz.Sizlər bizim gələcəyimizsiniz.Biz Azərbaycanın gələcəyi olan gənclərimizi sağlam,bütün zorakılıqlardan, baxımsızlıq və hüquq pozmalrdan  uzaq görmək istəyirik. Fəxrəddin Babayev uşaqlara bu məsələlərdə diqqətli olmağı tövsiyə etdi və əgər belə hal baş verərsə, onlara köməklik etməyə hazır olduqlarını bildirdi.

     İkinci mövzu ilə çıxış edən Pirallahı Rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin baş  inspektoru, polis kapitanı  Vüqar Dadaşov bildirdi ki,Yol hərəkəti təhlükəsizliyi tədbirlərinin təbliği - yol hərəkəti sahəsində biliklərin yayılmasına yönəlmiş fəaliyyət, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məsələlərinin, yol hərəkəti iştirakçılarının davranışını nizamlayan qanunvericiliyin və hüquqi normaların, nəqliyyat vasitələrinə və yol hərəkətinə olan texniki tələblərin təbliği, baş vermiş yol-nəqliyyat hadisələri və onların səbəbləri barədə əhalinin vaxtlı-vaxtında məlumatlandırılması və keçirilən tərbiyəvi-profilaktik tədbirləridir.

       

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi