Mənim şirin dilim

21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana dili günü adlandırılması haqqında müraciət ediblər. YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana dili günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin. 19 fevral 2016-cı il tarixdə Bakı şəhəri, 186 №-li tam orta məktəbdə də 21 Fevral Beynəlxalq Ana dili Günü münasibətilə məktəbin Ana dili və ədəbiyyatı metodbirləşməsinin sədri Mehriban Dünyamalıyevanın və məktəbin musiqi müəllimi Şəhriyar Zeynalovun birgə təşkilatçılığı ilə “ Mənim şirin dilim” mövzusunda möhtəşəm tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak edib.Tədbir zamanı şagirdlər ana dilimizə həsr edilmiş bir-birindən maraqlı şeirlər , aforizmlər, atalar sözləri , mahnılar söyləmiş, rəqslər və səhnəciklər nümayiş etdirmişlər.Bütün bunlarla yanaşı şagirdlər Azərbaycan ədəbi dilinin qrammatikasını özündə əks etdirən qrammatik tapşırıqlar söyləmiş , onlara verilən qrammatik tapmacaları cavablandırmış və düzgün cavablara görə mükafatlandırılmışlar.Tədbirin sonunda çıxış edən məktəb rəhbərliyi, müəllimlər və valideynlər bugükü tədbirdən həqiqi mənada zövq aldıqlarını bildirmiş, şagirdlərin doğma vətənimizə , doğma ana dilimizə olan sevgilərini öz çıxışlarında çox gözəl qeyd etdiklərini söyləmiş, tədbirdə zəhməti keçən hər kəsə , xüsusəndə şagirdlərə öz təşəkkürlərini bildirmiş , onlara dərslərində və sinifdənxaric tədbirlərdə həmişə belə fəal olmağı tövsiyə etmiş, uğurlar arzulamışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi