Tahir Salahovun Ev Muzeyinə ekskursiya

      Dahi şəxsiyyətlərimizin tanıdılması, rəssamlıq sənətinə maraq hissinin aşılanması məqsədilə məktəbin tərbiyə işləri üzrə dlrektor müavini Həcər Ramazanovanın təşkilatçılığı, I-VIII siniflər üzrə bir qrup şagirdin iştirakı ilə SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı, professor Tahir Salahovun Ev muzeyinə ekskursiya təşkil edilib.

      Muzeyin bələdçisi şagirdlərə ətraflı məlumat verib.Muzey ekspozisiyası Azərbaycan rəssamı Tahir Salahovun həyat və fəaliyyətinə həsr olunub. Rəssam ev muzeyinə 735 eksponat hədiyyə edib. Onlar arasında özünün rəsm əsərləri, şəxsi əşyaları, xalça kolleksiyası və fotoarxiv var. Ekspozisiya 3 mərtəbədə yerləşir. Muzeyin 3-cü mərtəbəsində Tahir Salahovun emalatxanası yerləşir.Muzeyə baxış uşaqlarda xoş təəssürat yaratmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi