Məktəbimizdə "Uşaq hüquqlarının pilləli tədrisi"nin keçirilməsnə başlanılıb.

Uşaq hüquqları - qanunla və ya əxlaqi olaraq dünya üzərindəki bütün uşaqların doğuşdan sahib olduğu, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısını birdən təyin istifadə edilən universal anlayışdır.Uşaq hüquqları insan hüquqları anlayışının içində ələ alınması lazım olan bir mövzudur. Bu gün, dünyanın bir çox yerində mövcud olan insan hüquqları pozuntuları, uşaq ölçüsündə daha geniş əhatəli və böyüyərək, müdaxilə edilməsi daha çətin bir şəkildə iştirak etməkdədir. Beynəlxalq Əfv Təşkilatının bildirdiyinə görə az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə, əmək istismarı, pornografi, şiddət, qanundankənar mənfi faktorların daxilində, uşaq hüquqlarının pozulması daha böyük ölçülərdə olur.Uşaqların yeniyetmələrdən fərqli fiziki, fizioloji, davranış və psixoloji xüsusiyyətləri olduğu, davamlı böyümə və inkişaf göstərdiyi şüurunun yerləşməsi, uşaqların baxımının bir cəmiyyət problemi olduğu və elmi yanaşmalarla hər kəsin bu məsuliyyəti yüklənməsi lazım olduğu düşüncəsi, Cenevrə Uşaq Hüquqları Bəyannaməsi ilə şəkillənmişdir. Hal-hazırda uşaq hüquqları ilə əlaqədar olan beynəlxalq sənəd 20 noyabr 1989 tarixində Birləşmiş Millətlər tərəfindən qəbul edilən və 193 ölkə tərəfindən təsdiq edilmiş olan Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyasıdır.Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Aparatının birgə əməkdaşlığı ümumtəhsil məktəblərində "Uşaq hüquqlarının pilləli tədrisi"keçirilir. 18 fevral 2016-cı il tarixdən məktəbimizdə də "Uşaq hüquqlarının pilləli tədrisi"nin keçirilməsinə başlanılıb.Açıq dərslər 3 qrup-3,4-cü , 5,6,7-ci, 8,9,10,11-ci siniflər olmaqla ayda 2 dəfə , həftənin 4-cü günləri keçiriləcək.Açıq dərsləri Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Hüquqi maarifləndirmə şöbəsinin əməkdaşları keçirir.Açıq dərslərin sonunda fərqlənən şagirdləri fəxri fərman və diplomlarla təltif ediləcəklər.Məktəb kollektivi olaraq belə bir mövzuda məktəbimizdə açıq dərslərin keçirilməsini təşkil etdiklərinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Aparatına təşəkkürümüzü bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi