"Hüquq və mən"

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Bakı şəhəri üzrə ümumtəhsil məktəblərində Bakı Hüquq Mərkəzinin əməkdaşları tərəfindən açıq dərslər keçirilir. Növbəti açıq dərslərin keçirilməsinə 186 №-li tam orta məktəbdə start verilib. Açıq dərsi 15 fevral 2016-cı il tarixdə Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi Orxan Həsənov təqdim edib. "Hüquq və mən" mövzusunda keçirilən açıq dərsdə məktəbin 9-11-ci sinifləri üzrə 25 şagird iştirak edib. Onlara əyani vəsait olaraq "Hüquq və mən" kitabı və işçi dəftərləri payalanılıb. Ümumilikdə məktəbdə açıq dərslərin keçirilməsi 5 həftə ərzində davam etdiriləcək. Sonda açıq dərsdə fəallıq göstərən məktəblilər Bakı Hüquq Mərkəzinin sertifikatı və fəxri fərmanı ilə mükafatlandırılacaq. Ümumtəhsil məktəblərində "Hüquq və mən" mövzusunda keçirilən açıq dərslərin məqsədi məktəblilərin Azərbaycan Respublikasının Konstitusiyasını öyrənmək və öz hüquqlarını müdafiə etmək qabiliyyətinə malik olmalarına şərait yaratmaqdır. Biz də məktəb kollektivi olaraq belə bir vacib mövzuda məktəbimizdə açıq dərslər təşkil etdiklərinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Bakı Hüquq Mərkəzinə təşəkkür edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi