5 a sinfində Azərbaycan dili fənnindən açıq dərs

Dil açanda ilk dəfə ana söyləyərik biz,“Ana dili” adlanır bizim ilk dərsliyimiz.İlk mahnımız laylanı anamız öz südüylə,İçirir ruhumuza bu dildə gilə-gilə.Bu dil, – bizim ruhumuz, eşqimiz, canımızdır,Bu dil, – bir-birimizlə əhdi-peymanımızdır.Bu dil, – tanıtmış bizə bu dünyada hər şeyi.Bu dil, – əcdadımızın bizə qoyub getdiyiƏn qiymətli mirasdır, onu gözlərimiz tək,Qoruyub, nəsillərə biz də hədiyyə verək.Məktəbin 2015-2016-cı tədris ili üçün fəaliyyət planına uyğun olaraq fevral ayının 11-dən mart ayının 11-ə kimi məktəbdə "Ana dili və ədəbiyyatı" aylığı elan olunmuşdur. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, ədəbi-bədii gecələrin, debat və dəyirmi masaların, açıq dərslərin, habelə bilik yarışlarıın keçirilməsi, şagirdlər arasında inşa yazı müsabiqəsi, məktəb üzrə şeir müsabiqəsi, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması nəzərdə tutulub.Aylıq çərçivəsində ilk açıq dərsi məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, yaşca və təcrübəcə məktəb üzrə Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin ən böyüyü Gülçöhrə Məmmədovanın 5 a sinfində təqdim etdiyi açıq dərs oldu.Açıq dərsdə məktəb rəhbərliyi, bir qrup digər müəllimlər iştirak etdi.Açıq dərs zamanı Gülçöhrə müəllimə fəal təlimin bütün imkanlarından istifadə etdi.Şagirdlər elektron lövhədə sərbəst işləyirdilər.Biz də məktəb kollektivi olaraq Gülçöhrə müəlliməyə can sağlığı, gələcək işlərində uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi