Şagirdlərin dünyagörüşünü , intellekt səviyyələrini inkişaf etdirmək məqsədilə VIII a sinfində ingilis dilində breyn-rinq keçirildi.

Hazırda "İngilis dili" dünyada ən geniş yayılmış dillərdən biridir. "İngilis dili" diplomatiya, kommersiya , elmi-texniki və kütləvi informasiya dili kimi tanınmışdır.Zəmanəmizdə dərc olunan ədəbiyyatın və kütləvi məlumatın əksəriyyəti "İngilis dili"ndə dərc olunur.Elə bu səbəbdən də hər il məktəbimizdə "İngilis dili" aylığı keçirilir."İngilis dili" aylığı çərçivəsində fevral ayının 10-da VIII a sinfində məktəbin ingilis dili müəllimi ,həmişə təşkil etdiyi sinifdənxaric tədbirlər və bilik yarışları ilə seçilən Məquzər Quliyevanın təşkilatçılığı ilə "Səyahət" mövzusunda Breyn-rinq oyunu keçirildi.Oyunda 2 komanda- "Victor" və "Strongman" komandaları yarışdılar.Yarışmanın məqsədi şagirdləri dilini öyrəndiyimiz ölkənin məşhur şəhərləri , gəzməli yerləri, yazıçıları, adət-ənənələri , bayraqları ilə yaxından tanış etmək idi.Bu yarışmada şagirdlər fəallıq göstərdilər.Onlar verilən suallara düzgün cavablar verirdilər.Sonda komanda üzvləri birlikdə ingilis dilində mahnı oxudular.Yarış zamanı idman dəqiqəsi də oldu.Kapitanların yarışmasında "Victor" komandasının kapitanı Novruzlu Aysel qalib gəldi və münsiflər heyəti tərəfindən hədiyyəsini qazandı.Yarışmanın ümumi nəticəsinə görə "Victor" komandası 39 balla qalib gəldi və Sertifikatla təltif olundu.Belə bir möhtəşəm yarış təşkil etdiyi üçün Məquzər müəlliməyə və bu yarışda layiqincə iştirtak edən hər iki momandanın üzvlərinə təşəkkür edir, gələcək işlərində uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi