Şahmat üzrə rayon birinciliyində məktəbimizin komandası III yerə layiq görülüb.

12 fevral 2016-cı il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə 186 nömrəli tam orta məktəbdə şahmat üzrə orta ümumtəhsil məktəbləri arasında rayon birinciliyi keçirildi.Turnirdə müxtəlif yaş qruplarından olan 30-a yaxın şagird mübarizə aparıb. Yarışmada Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon məktəblərinin müəllim heyəti və şagirdlər iştirak etdilər. Hər məktəbdən 6 nəfərin şahmat üzrə təmsil olunduğu turnirin keçirilməsində əsas məqsəd Pirallahı rayonunda damanın və şahmatın inkişaf etdirilməsi və oyunçuların oyun təcrübəsinin artırılmasıdır. 5 məktəbin iştirak etdiyi yarışın yekun nəticəsinə görə birinci yerə 235 nömrəli, ikinci yerə 168 nömrəli, üçüncü yerə isə 186 nömrəli tam orta məktəblərin komandaları layiq görülmüşlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi