Sınaq qiymətləndirmə keçirilib

      15 dekabr 2018-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə 9-cu sinif Ana dili, Riyaziyyat və Xarici dil fənnləri üzrə buraxılış imtahanlarının 2-ci mərhələsinə dair sınaq qiymətləndirmə keçirildi.
       Diaqnostik qiymətləndirmə saat 10:00-da başlanıldı.
       İmtahan Azərbaycan bölməsi üzrə 3 fənndən (Azərbaycan dili , Riyaziyyat və Xarici dil (İngilis, Rus) ibarət olmuşdur.
      Qiymətləndirmə üçün ayrılan ümumi vaxt 165 dəqiqə (30 dəqiqə hazırlıq, 135 dəqiqə sualların cavablandırılması) olmuşdur.
     Ayrılmış vaxtın ilk 30 dəqiqəsində şagirdlər onlar üçün müəyyən edilmiş yerdə əyləşmiş, cavab kartları paylanılmış, cavab kartının düzgün doldurulma qaydası izah edilmiş və cavab kartları doldurulmuşdur..
    10:30-da sual kitabçaları paylanılmış və sualların cavablandırılması üçün 135 dəqiqə vaxt verilmişdir. 
     İmtahanda iştirak edən Azərbaycan bölməsinin 9-cu sinifləri üzrə 45 şagirddən, 45-i də iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi