Ulu öndərimiz Heydər Əliyevi hörmətlə anırıq!

   Dekabrın 12-si məktədə xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı xüsusi dərslər keçirilib.Dərslərdə ilk öncə ulu öndərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs edilib."Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o zaman daha xoşbəxt olur ki, həmin siyasi kurs uğurla davam etdirilir"

     Xüsusi dərslərdə  şagirdlər ulu öndərin anım gününə həsr edilmiş şeirlər söyləyib, Heydər Əliyevin gələcək nəsillərə nümunə olacaq kəlamlarından nümunələr qeyd ediblər.Sonda ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi