Narkomaniya ümumbəşəri bəladır.

“Narkomaniya ümumbəşəri bəladır” və Yetkinlik yaşına çatmayanlara baxımsızlıq və hüquq pozuntuları “ mövzularında fevral ayının 10-da keçirilən tədbirdə Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini Elman Kazımov və digər əməkdaşlar , Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları - Namiq Hüseynov və Mehdi Bünyadov,10 saylı BŞX-nin baş həkiminin müavini Kəmalə Mustafayeva, məktəb rəhbərliyi, məktəbin müəllim heyəti və IX-X sinif şagirdləri iştirak etdilər. Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini Elman Kazımov öz çıxışında qeyd etdi ki, Azərbaycanda bu problemin həlli istiqamətində ardıcıl və genişmiqyaslı işlər həyata keçirilir. Bildirdi ki, bizim ümummilli liderimiz Heydər Əliyev bu təhlükəni görüb ona qarşı mübarizə işini dövlət səviyyəsinə qaldıraraq, 1996-ci ildə Dövlət Komissiyası yaratmışdır. Bu gün Ulu öndər Heydər Əliyev kursunu onun layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir. Cənab Prezident narkomaniya ilə mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə sayca dördüncü olan müvafiq Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etdi. Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Hüseynov öz çıxışında bildirdi ki, narkomaniya xəstəliyinin bütün insanları cənginə almaması üçün beynəlxalq təcrübədə əsas mübarizə vasitələrindən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düzgün, səmərəli aparılması çox vacibdir. Tədbirdə çıxış edənlər narkomaniyaya qarşı mübarizədən, onun qanunsuz dövriyyəsinin qarşısının alınmasından, orta məktəb şagirdlərinin maarifləndirilməsi işinin təkmilləşdirilməsindən ətraflı danışdılar.Tədbirin sonunda narkomaniyanın fəsadlarını özündə əks etdirən videoçarx nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi