7 a sinfində rus dilindən açıq dərs

Məktəbdə xarici dillər üzrə fənn aylığı davam etdirilir.Aylıq çərçivəsində növbəti açıq dərsi məktəbin rus dili müəllimi və əvəzedici psixoloqu Elimnaz Əliyeva 7 a sinfində təqdim edib.Açıq dərsin mövzusu milli-mənəvi dəyərlərimizi özündə əks etdirən "Xalq musiqisi" mövzusunda idi. Açıq dərsdə məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini Dilarə Quliyeva, tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova və bir qrup fənn müəllimləri iştirak edib.Müəllimə dərsin motivasiyasını dahi sənətkar , muğam ustadı Xan Şuşinskinin ifasında möhtəşəm Qarabağ şikəstəsinin ifası ilə təqdim etdi, sonra "Yallı" rəqsindən qısa fraqmenti elektron lövhədə nümayiş etdirdi və slaydlar vasitəsilə Azərbaycanın dilbər guşəsi , musiqi beşiyi, Azərbaycan mədəniyyətinə dahi musiqiçilər bəxş edən , həsrət yanğımız olan doğma Qarabağımıza virtual olaraq səyahət etdi, fənlərarası inteqrasiya yaratdı.Milli musiqi alətlərimiz nümayiş etdirldi və şagirdlər tərəfindən onıların adları elaktron lövhədə qeyd edildi.Şagirdlər qrup işi işləyərkən onlara verilən vaxt ərzində mahir klarnet ustadı Kamil Cəlilovun ifasında "Sarı bülbül" musiqisi səsləndirildi.Ümumilikdə, Elimnaz müəllimə açıq dərsdə fəal təlimin üstünlüklərindən istifadə etdi.Dərs zamanı şagirdlər çox aktiv idilər və bu da onu göstərirdi ki, onlar rus dilini öyrənməyə meyillidirlər və bu dili müəllimlərinin köməkliyi ilə öyrənməyə çalışırlar.Dərsindinləmədə iştirak edən müəllimlər açıq dərsin müzakirəsi zamanı Elimnaz müəllimənin qarşısına qoyduğu məqsədə nail olduğunu bildirdilər, ona və 7 a sinfinə gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi