3 a sinfində ingilis dilindən açıq dərs

"Xarici dillər" üzrə fənn aylığı çərçivəsində növbəti açıq dərsi 05 fevral 2016-cı il tarixdə 3 a sinfində məktəbin ingilis dili müəllimi, gənc müəllim Məlahət Kərimova "Revission lesson" mövzusunda təqdim etdi.Mövzu keçilənlərin təkrarı olduğu üçün dərs zamanı şagirdlər müəllimənin köməkliyi ilə dərs ləvazimatlarının adlarını , rəngləri təkrarladılar, mövzuya aid mahnılar oxudular, şeirlər söylədilər və müxtəlif tapşırıqları həm qrup şəklində , həm də fərdi şəkildə elektron lövhədə yerinə yetirdilər.Müəllimə dərs zamanı fəal təlimin bütün üstünlüklərindən istifadə etdi.Dərsdə iştirak edən məktəb rəhbərliyi və müəllimlər dərsin müzakirəsi zamanı Məlahət müəlliməyə öz təklif və tövsiyələrini bildirdilər, ona gələcək işlərində uğurlar arzuladılar və ümumilikdə açıq dərsi qənaətbəxş hesab etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi