Fərqli formatda valideyn iclası keçirildi

05 fevral 2016-cı il tarixində məktəbimizdə "2015-2016-cı tədris ilinin I yarımilinin yekunu və qarşıda duran vəzifələr" mövzusunda ümumməktəb valideyn komitə sədrlərinin iclası keçirilib.İclasda məktəb rəhbərliyi və sinif rəhbərləri iştirak edib.Giriş sözü ilə iclası açıq elan edən məktəbin direktoru Arif Xankişiyev valideynləri və müəllimləri salamlayaraq 2015-2016-cı tədris ilini uğurla başa vurduqları üçün sinif rəhbərlərini və valideynləri təbrik edərək, məktəblə daim sıx əlaqə yaratmaqlarını tövsiyə etdi. O, yaxın zamanlarda məktəbdə "Məktəb icması" nın yaradılacağı ilə bağlı sinif rəhbərlərini və valideynləri məlumatlandırdı.Sonra məktəbin tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova I yarımildə qazanılan uğurlardan, məktəbdə keçirilən fənn aylıqları çərşivəsində təqdim edilən açıq dərslərdən, fənn gecələrindən, sinifdənxaric tədbirlərdən , bilik yarışı və müsabiqələrdən , buraxılış siniflərdə keçirilən monitorinqlərdən və məktəbdənkənar tədbirlərdən , gəzintilərdən danışaraq valideynləri məlumatlandırdı.Yarım il ərzində görülmüş işlərə aid şəkilləri valideynlərə nümayiş etdirdi.Sonda cari məsələlər müzakirə edildi, valideynlərin sualları cavablandırıldı, bir qrup valideyn gənc nəslin təlim- tərbiyəsində fəal iştirak etdiklərinə görə məktəb tərəfindən "Təşəkkürnamə" ilə təltif edildilər.Təşəkkürnaməni valideynlərə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Dilarə Quliyeva təqdim etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi