2 Fevral "Gənclər Günü"dür

2 fevral 1997-ci ildən bu günə qədər hər ilin bu günü Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Azərbaycan Respublikası gənclərinin I forumu ilk dəfə 1996-ci ilin bu günündə keçirilib. 1997-ci ildən fevralın 2-si ümummilli lider, mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Gəncləri Günü elan olunub. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı.2 fevral 2016-cı il tarixdə Pirallahı rayonu, 168 №-li tam orta məktəbin akt zalında Pirallahı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 Fevral "Gənclər Günü" münasibətilə tədbir keçirildi. Rayon üzrə keçirilən tədbirlərdə həmişə olduğu kimi, bu dəfə də məktəbimizin kollektivi fəal iştirak edərək Azərbaycan gənclərini təbrik etdilər. Onu da qeyd etmək istəyirəm ki, tədbirin aparıcısı məktəbimizin tərbiyə işləri üzrə direktor müavini Həcər Ramazanova idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi