Bayrağımız qürur mənbəyimizdir!

    Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə məktəbimizdə silsilə tədbirlər keçirildi. 
    Təşkil edilmiş tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlandı. Məktəb direktoru tədbiri açaraq çıxışında hər keçən gün daha da güclənən, inkişaf edən təhsilimizə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həm öz adından, həm də məktəbin müəllim və şagird kollektivi adından dərin minnətdarlığını bildirdi və yaradılmış geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli, savadlı, Azərbaycan bayrağını daim yüksəklərə qaldıra biləcək gənclər yetişdirəcəklərinə söz verdi.
            Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli müstəqilliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi təsis olunub və hər il ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Dövlətin bayrağı ölkənin, millətin kimliyini, milli-dini mənsubiyyətini, hansı amallar uğrunda mübarizə apardığını ifadə edən xüsusi qürur mənbəyidir.
    Tədbirlərdə çıxış edən məktəb şagirdləri dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər, öz bayram sevinclərini oxuduqları mahnılar, söylədikləri şeirlərlə , nümayiş etdirdikləri kompazisiyalarla ifadə etdilər, Azərbaycan bayrağına daim sadiq qalacaqlarına and içdilər, üçrəngli milli bayrağımızın tezliklə doğma Qarabağımızın səmasında dalğalanacağına əminlik ifadə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi