"Mən və mənim hüquqlarım"

         Hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə 20 oktyabr - 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü, 20 Noyabr - Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə ölkədə “Uşaq hüquqları aylığı” elan edilib.

         “Uşaq hüquqları aylığı”  çərçivəsində məktəbin psixoloqu Şəfa Bilandarlı və Aynur Rzayevanın təşkilatçılığı  ilə "Mən və mənim hüquqlarım" mövzusunda inşa yazı və rəsm müsabiqələri keçirilib.Müsabiqədə 7-8 sinif şagirdləri iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi