"Müstəqilliyimiz əbədidir!"

      Məktəbdə Azərbaycan dövlətinin müstəqilliyinin bərpasının 27-cıİildönümü münasibətilə tədbir keçirilib.Dövlət Himninin sədaları ilə açıq elan edilən tədbirdə məktəbin direktoru Şakir Mikayılov Dövlət müstəqilliyimizin bərpası ilə əlaqədar geniş nitq söylədi. Qeyd edildi ki, Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı.

       Sonra tədbir şagirdlərin bir-birindən maraqlı çıxışları ilə davam etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi