“Narkomaniya ümumbəşəri bəladır”

      Pirallahı rayonunun ümumtəhsil müəssisələrində mütəmadi olaraq narkomaniya ilə mübarizəyə həsr olunmuş maarifləndirici tədbirlər keçirilir. Növbəti tədbir 17 oktyabr 2018-ci il tarixində məktəbin akt zalında təşkil olundu.

     Tədbirdə Pirallahı Rayon  Polis Şöbəsinin  rəis müavini polkovnik - leytenant  Elman  Kazımov, Pirallahı Rayon  Polis Şöbəsinin əməkdaşları, məktəbin direktoru Şakir Mikayılov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər. Pirallahı Rayon  Polis Şöbəsinin  rəis müavini polkovnik - leytenant  Elman Kazımov öz çıxışında son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanlarının fəallığının xeyli artdığını qeyd etdi. Həmçinin kompleks mübarizə tədbirlərinin tərkib hissəsi olaraq narkomaniya ilə mübarizə istiqamətində Pirallahı rayonunda da çoxsaylı tədbirlərin həyata keçirildiyini bildirdi.

      Tədbirdə Pirallahı Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Rəşad Nağıyev yaşadığımız dövrdə bütün bəşəriyyəti düşündürən və narahat edən ən ciddi problemlərdən biri olan narkomaniya və onun törətdiyi fəsadlar haqqında danışdı. O bildirdi ki, Azərbaycan dövləti narkomaniyaya qarşı ciddi şəkildə mübarizə aparır, onun yaratdığı problemlərin aradan qaldırılması istiqamətində ölkəmizdə müxtəlif işlər görür. Narkomaniya ilə mübarizə və bu sosial bəlanın bütün cəmiyyəti əhatə etməməsi üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düşünülmüş, səmərəli şəkildə aparılmasının vacibliyini vurğuladı.

        Məktəbin direktoru Şakir Mikayılov çıxış edərək narkotik vasitələrin insan orqanizminə vurduğu zərərli təsirlər və onun törətdiyi ağır fəsadlardan danışdı. Tədbirdə digər çıxış edənlər öz çıxışları zamanı narkomaniya ilə mübarizədə bütünlükdə dövlətin, cəmiyyətin və nəhayət hər birimizin üzərinə düşən məsuliyyətin vacibliyini xüsusi vurğuladılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi