Unutmayaq - Unutdurmayaq!

20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. 20 yanvar 2016-cı il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 26-cı ildönümü münasibətilə anım mərasimi keçirildi.Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə və müəssisələrin kollektivi, ictimaiyyət nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edərək ən müqəddəs zirvəyə, şəhidlik zirvəsinə ucalan şəhidlərin xatirəsinə Pirallahı qəsəbəsində ucaldılmış “Vətən uğrunda” abidə -kompleksini ziyarət etdilər, şəhidlərin xatirəsini yad etdilər, abidə -kompleksinə qərənfillər düzdülər.Anım mərasimində məktəbimizin rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər də iştirak etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi