Təhsildə Beynəlxalq Liderlər Forumu-2018

      02-07 iyul 2018-ci il tarixdə Şimali Kipr Türk Cümhuriyyətində "Təhsildə Beynəlxalq Liderlər Forumu-2018" keçirilmişdir.Forumda 186 nömrəli tam orta məktəbin ingilis dili müəllimi, təcrübəli müəllim, həmişə öz üzərində çalışan Gülşən Cəbrayılova da iştirak etmişdir.Forumda 20 ölkədən 300 mühüm təhsil işçisi iştirak edib.Forumun rəsmi açılış mərasimində Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı, Təhsil Naziri Camal Özyiğit nitq söyləmişlər.
Forumun keçirilməsinin məqsədi ali və orta təhsil sahəsində uğurlu təcrübənin öyrənilməsi olub.Foruma qatılan dinləyicilər öz bacarıqlarının inkişaf etdirilməsi ilə yanaşı, həm də dünya təhsil sistemində baş verən yeniliklərin qarşılıqlı müzakirəsi imkanı əldə etmişlər.
      Məktəb kollektivi adından belə mötəbər bir Forumda iştirak etdiyi üçün məktəbin ingilis dili müəllimi Gülşən Cəbrayılovanı təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi