Gənc rəssamlarımız

        02 iyul 2018-ci il tarixində məktəbimizin istedadlı şagirdləri, 4 saylı Uşaq və Gənclərin İnkişaf Mərkəzinin dərnək üzvləri X b sinif şagirdi Atlaz Həsənova və 6 a sinif şagirdi Aysel Hünbətova AzTV-də "Səhər" verilişinin qonağı olublar.Verilişdə hər iki şagirdimizin rəsm əsərləri nümayiş etdirilib.Həm Atlaz Həsənova, həm də Aysel Hünbətova dəfələrlə müxtəlif mövzularda keçirilən rəsm üzrə rayon, şəhər və respublika müsabiqələrində iştirak etmiş, uğurlu nəticələr qazanmışlar.
       Hər iki şagirdimizi, onların müəllimləri və valideynlərini məktəb rəhbərliyi adından təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.
       Onu da qeyd edim ki, Aysel Hünbətova 2017-2018-ci tədris ilində 5-ci sinfi "əla" qiymətlərlə başa vurmuş, məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif edilmişdir.
       Şagirdlərə belə şərait yaratdıqları üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi