Son zəng-2018

    Həyata insan gəlir, bapbalaca bir insan. Bu balaca bir varlığın dünyaya gəlməsinə bütün qohum-əqrəba, nənə-baba, ata-ana sevinir... Bəli, həmin balaca insan yavaş-yavaş böyüyür, uşaqlıq illərinə qədəm qoyur. Ona cürbəcür oyuncaqlar alınır, onun əlindən tutub bağçaya aparırlar. Bu balaca insan öz uşaqlıq aləmini yaşayır. İllər keçir, uşaq məktəb yaşına çatır, onu məktəbə aparırlar.. Budur ilk zəng...cingiltili səsi ilə səslənən ilk zəng.Bu ilk zəngin səsi o dərəcədə təsirlidir ki, hətta övladını 1-ci sinfə gətirən valideynlər də bu səsin təsirindən kövrəlirlər.Bəzilərinin göz yaşlarını görmək olur.Çünki onlar da haçansa bu zəngin səsi ilə doğma məktəbə qədəm qoyublar.. Bəli, ilk zəng arxada qalıb.Elə bil ki , biz bu zəngi bu yaxınlarda eşitmişdik.Dünənin şagirdləri bu günün məzunlarıdır."Son Zəng" necə də təsirli səslənir.Bəli , bu gün Azərbaycanın hər bir yerində olduğu kimi , məktəbimizdə də Son zəng çalındı.Məktəbdə buraxılış tədbiri keçirildi.Şagirdlər doğma məktəblərinə əlvida dedilər.Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının müavini Anara Hacıbəyli, Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı, məktəbin 2011-ci il məzunu İlahə Qaragözlü və digər qonaqlar iştirak etdilər.

      Tədbirdə çıxış edən  məktəbin direktoru Şakir Mikayılov  ilk olaraq onbirinciləri, onların müəllimlərini və valideynlərini təbrik edərək 2017-2018-ci tədris ilindəki uğurlardan danışıb.O, qeyd edib ki, ali məktəblərə qəbul imtahanının birinci mərhələsində imtahan verən məzunlardan  7 nəfəri 500-667 bal arası nəticə göstərib, digər sənəd verən məzunların  da 90 %-i keçid balını keçiblər.Şakir Mikayılov ikinci mərhələdə  məzunlardan daha yüksək nəticə gözlədiyini qeyd edərək bildirib ki, 2017-2018-ci tədris ili məktəb üçün uğurlu bir il olub.Məktəbin şagirdləri müxtəlif müsabiqə və yarışlarda iştirak edib, uğurlu nəticələr qazanıblar.Elə bir gün öncə məktəb komandasının  “Gənc bioloqların yaradıcılıq müsabiqəsi” nin final mərhələsində III yer qazandığı üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mükafatlandırıldığını bildirib.Şakir Mikayılov məktəbin bütün müəllim və şagird  heyətini, valideynləri qazanılan uğurlara görə təbrik edib, uğurlarının davamlı olmasını arzulayıb.

      Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının müavini Anara xanım  Hacıbəyli məzunları təbrik etdi.O, qeyd etdi ki, Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin edildiyi bu az bir vaxt da 186 №-li tam orta məktəb haqqında çox yüksək fikirdədir, çünki məktəbin müəllim və şagird kollektivi rayonun  ictimai-siyasi işlərində, tədbirlərdə fəal iştirak edtiklərinin şahidi olubdur. 

     Tədbir zamanı 2017-2018-ci tədris ilindəki uğurlarına görə məktəbin bir qrup müəllim və şagird heyəti məktəb rəhbərliyi tərəfindən mükafatlandırılıb.

     Sonda tədbir 11-ci siniflərin bir-birindən maraqlı, rəngarəng çıxışları ilə davam etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi