Gənc bioloqlarımız finalda III oldu

       2017-2018-ci tədris ilini uğurla başa vuran 186 nömrəli tam orta məktəb , tədris ilinin sonunda növbəti uğurunu qazandı. Bakı şəhəri ümumtəhsil məktəblilərinin iştirakı ilə keçirilən "Gənc bioloqların yaradıcılıq müsabiqəsi" nin final mərhələsində iştirak edən məktəbin "Zəfər " komandası III yerə layiq görülüblər. 13 iyun 2018-ci il tarixində komandanın üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin diplom və hədiyyələri ilə mükafatlandırılıblar.

       Onu da qeyd edim ki, finalda iştirak edən komandalar Bakı Mühəndislik Universiteti tərəfindən də diplomla mükafatlandırılıblar.

        Məktəb kollektivi adından bu sevinci bizlərə yaşadan komandanın rəhbəri, məktəbin biologiya müəllimi Nuranə Abbasovanı, komandanın üzvləri -11 b sinif şagirdi Günel Musayevanı, 10 a sinif şagirdi Aysel Novruzlunu, 9 b sinif şagirdi Aydan Alyarovanı , onların valideynlərini təbrik edir, can sağlığı , uğurlarınn davamlı olmasını arzulayırıq.Maşallah!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi